“Neftçi”nin birinci şəxsi məktubunda nədən yazdı?

14 Fevral 2020 22:10 Neftçi 666
“Neftçi”nin birinci şəxsi məktubunda nədən yazdı?

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Almaniyada fəaliyyətə başlayan “AZE Nakhchivan-Köln“ SK Futbol Klubunu təbrik edib.

Sportinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli dostlar! Sizi “AZE NAKHCHIVAN-KÖLN SK Futbol Klubunun açılışı münasibəti ilə təbrik edirəm. Ölkəmizi Avropada təmsil etmək hər zaman şərəfli və məsuliyyətli işdir.

Dövlətimizi Almaniya kimi futbol ölkəsində təmsil etmək xüsusi bir məsuliyyətdir. Sizə bol uğurlar, çoxlu qələbələr və böyük inkişaf arzu edirəm. Siz öz tarixi vətəniniz üçün çox vacib bir iş görürsüz”.

Digər Xəbərlər
Xəbər Lenti