"Dedi, "Neftçi" səviyyəsini aşmısan, yığmada oynamaq istəyərsən?"

11 Fevral 2020 20:52 Neftçi 1 144
"Dedi, "Neftçi" səviyyəsini aşmısan, yığmada oynamaq istəyərsən?"

Bugünlərdə “Avanqard”a qapıçı məşqçisi təyin edilən Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkov Rusiya mətbuatına maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis əfsanəvi ukraynalı məşqçi Valeri Lobanovski barədə xatirəsini bölüşüb.

Aleksandr Jidkov 1994-1998-ci illərdə Azərbaycan millisinin şərəfini qoruyub. O, 1988-ci ildə “Neftçi”dən Kiyev “Dinamo”suna keçidini məhz Lobanovski ilə əlaqələndirib:

“Həmin dövrdə çıxışımla Lobanovskidə pis təəssürat oyatmamışdım. Bir qədər sonra Moskvadakı yoldaşlıq görüşünə dəvət aldım.

Oyundan əvvəl məni otağına çağırdı. Soruşdu ki, yığmada oynamaq istəyərsən? Dedi ki, “Neftçi” səviyyəsini aşmısan, bununla bağlı “Dinamo”ya ərizə yaz”.

Digər Xəbərlər
Xəbər Lenti