"Neftçi"də baş məşqçi dəyişikliyi - İdman direktoru koordinatorla çəkişir

11 Fevral 2020 15:44 Neftçi 2 056
"Neftçi"də baş məşqçi dəyişikliyi - İdman direktoru koordinatorla çəkişir

«Neftçi»nin 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Elman Sultanov vəzifəsindən uzaqlaşdırılıb.

Sportinfo.az-ın məlumatına görə, «Səbail»in sabiq çalışdırıcısı bu dəfə U-16-ya təyinat alıb.

Maraqlısı budur ki, Sultanovdan boşalan vəzifəni Mik Bennet tutub. «Ağ-qaralar»ın akademiyasının başş koordinatoru U-17-ni onun əlindən zorla alıb və qısa müddətdə komandada xeyli dəyişiklik edib.

Şotlandiyalı funksioner Kamran Quliyevin öz seçimi deyil. O, bura AFFA tərəfindən göndərilib. Uğursuz layihə olan «Mançester Yunayted» Yay Futbol Məktəbi bağlanandan sonra işsiz qalan Benneti işlə təmin etmək «Neftçi»nin prezidentinə tapşırılıb. Quliyevin imzasıyla hər ay ona 10 min dollar maaş yazılır.

Hər şeyə rəğmən, Bennet «Neftçi»də sevilmir və istənilmir. Xüsusən Ceyhun Sultanov tərəfindən. Hörmətli idman direktoru britaniyalı baş koordinatora axır vaxtlar ümumiyyətlə, göz verib işıq vermir.

Onun təlimatıyla U-19 komandası Bennetin nəzarətindən çıxarılıb. Çünki burada işləri yaxşı getməyən Fərrux İsmayılov idman direktorunun yaxın dostudur və bu münasibətə görə «Vətən»dən «Neftçi»yə gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!