"NEFTÇİ"DƏ TOQQUŞMA: "Kim mənim dediklərimi etməyəcəksə…"

10 Fevral 2020 22:00 Neftçi 2 173
"NEFTÇİ"DƏ TOQQUŞMA: "Kim mənim dediklərimi etməyəcəksə…"

«Neftçi»nin yeni baş məşqçisi Füzuli Məmmədovun futbolçularla probleminin yaranmasını çox gözləmək lazım gəlməyib.

Premyer Liqanrın üçüncü dövrəsinə uğursuz başlayan «ağ-qaralar»ın düşərgəsindən narazılıq səsləri ucalmağa başlayıb.

Klubdan Sportinfo.az-a daxil olan məlumata görə, Roberto Bordini əvəzləyən keçmiş köməkçisi indi də legionerlərlə dil tapa bilmir.

Daha doğrusu, ciddi nizam-intizam tərəfdarı olan Məmmədov əcnəbi oyunçuları özünün qaydalarıyla tanış eləsə də, istədiyi reaksiyanı onlarda görməyib.

«Sumqayıt» və «Qarabağ»la qarşılaşmalarda 2 xal toplayan gənc çalışdırıcı sərt üzünü göstərib. O, komandayla keçirdiyi iclasda «kim mənim dediklərimi etməyəcəksə, meydana həsrət qalacaq» deyib.

Digər Xəbərlər
Xəbər Lenti