"Neftçi" çox aqressiv idi"

28 Yanvar 2020 20:54 Neftçi 881
"Neftçi" çox aqressiv idi"

“Hazırlığımız çox yaxşı səviyyədə keçdi. Demək olar ki, komandanın çatışmayan tərəflərini görə bildik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Dinamo”nun (Kiyev) baş məşqçisi Aleksey Mixayleçenko komandasının təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

Ukraynalı mütəxəssis yoxlama oyunu çərçivəsində qarşılaşdığı “Neftçi” ilə görüş (2:1) barəsində də danışıb: “Yoxlama oyunlarını sevirəm.

Hər şeyi çox rahat sınamaq olur. Bəzən işlər istədiyimiz kimi getmir. Ancaq belə oyunlar sayəsində özünü düzəldə bilirsən.

“Neftçi” ilə olan görüşü misal çəkə bilərəm. Həmin görüşdə komandam xarakter göstərdi. Çünki rəqib çox aqressiv oynayırdı.

Düzdür, yoxlama oyunlarında nəticə önəmli olmur. Ancaq qazanmaq hər zaman yaxşıdır”.

Digər Xəbərlər
Xəbər Lenti