O, "Neftçi"nin simasını dəyişməyi bacaracaqmı?

28 Yanvar 2020 17:05 Neftçi 1 503
O, "Neftçi"nin simasını dəyişməyi bacaracaqmı?

Azərbaycan klublarının qış fasiləsi başa çatır. Azarkeşlər artıq üçüncü dövrənin oyunlarının vaxtını gözləyirlər.

Əvvəlki iki dövrədə olduğu kimi, qış dövrünün də əsas hadisələri "Neftçi"də baş verdi. Rəhbərlik, əslində xeyli vaxtdır gözlənilən qərarı verərək, baş məşqçi Roberto Bordinlə yollarını ayırdı.

Əlbəttə, qərarın məhz qış hazırlığının gedişində, özü də gecənin bir vaxtında verilməsi təzadlı qəribəliklərlə doludur. O da doğrudur ki, hazırlıq planları artıq onun vaxtında müəyyən edilmişdi və üstəlik, hansısa məşqçidən asılı olmayaraq, başqa bir prosesə çevrilməyəcəkdi.

Lakin daha peşəkarlıqla qərar çıxarılsaydı, ən geci, kubok oyunundan dərhal sonra qəbul edilsəydi, azacıq məntiqli görünərdi. Hələ o da yaddan çıxmayıb ki, komandanın rəhbərliyi də yeni ildə toplaşmışıb iclas keçirmişdi. O vaxtdan sonra dəyişən çox şey də yox idi.

Hazırlığın planlarının ən çətin məqamı məşqçi yeniliyi ilə bağlıdır. Yeni sükançı, Bordinin köməkçisi Füzuli Məmmədov üçün yeni heyətlə bağlı yeni bir şey olmasa da, komandanın simasını dəyişmək ona asan başa gəlməyəcək.

Bunu son yoxlama matçı da təsdiq edir. Hər halda, məşqçinin üzərinə düşən kompromisli variantı tapmaq və mərhələ ilə yeniliklərə əl atmaqdır.

Yəni, artıq bir sahmana öyrəşmiş komandanı yeni səliqəyə salmaq üçün Füzuli Məmmədov bunaqədərki fəaliyyəti dövrünə əsasən təxmin etdiyim mümkün strategiyasını ortaya qoymağa cəhd edərsə, əks təsiri ilə qarşı-qarşıya ola bilər.

Amma nəyisə bacarsa, ən vacibi, yeni ruh gətirə bilsə, kollektiv hətta "Qarabağ"a ciddi rəqib olmaq iqtidarındadır. Digər şübhəli məqam onun komandanın "sükan"ı axrasındakı "müvəqqəti" damğalı statusudur.

Hər halda görünən həm də odur ki, yeni çalışdırıcı təzadlarla da mübarizə aparmalıdır. Bunun ən böyük mənfi tərəfi oyun elementlərindən çox, psixoloji sədlərlə bağlıdır.

Bu mənada rəhbərlikdən çox futbolçuların münasibəti həlledici olacaq. Hər halda ilk turlarda çox şeyi əyani müşahidə etmək mümkündür. Lakin Füzuli Məmmədov üçün bu çağırışı ölçüb-biçərək çözməsi onun öz karyerası baxımından da lazımdır.

Yeri gəlmişkən, komandanın məşqçilər korpusunda da daha bir yenilik var. Əsas heyətin fiziki hazırlıq üzrə məşqçisi 34 yaşlı ispaniyalı Mario Fernandes Kastelyanodur. 2013-2015-ci illərdə "Bakı” klubunda çalışmış mütəxəssis Madrid "Atletiko”sunun futbol akademiyasında fəaliyyəti ilə əvvəllər daha çox diqqət çəkmişdi.

Komandanın Antalya səfərinin nəticələrinə də nəzər salaq: yeni sükançı ilə Ukraynanın “Desna”sına 1:2 hesablı (qol: Stiven Monroz) məğlubiyyətə qədər kollektiv iki matçda da uduzmuşdu - Ukrayanın titullu Kiyev “Dinamo”suna 1:2 (Vangelis Platellas) və böyük dəyişikliklərin təməli olan dueldə Polşanın "Lodz LKS"inə 0:4.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti