"Neftçi"nin baş məşqçisi postuna YENİ NAMİZƏDLƏR

24 Yanvar 2020 23:50 Neftçi 1 748
"Neftçi"nin baş məşqçisi postuna YENİ NAMİZƏDLƏR

"Təbii ki, təyinat olacaq, çünki məşqçilər korpusunda o yer boşdur".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin prezidenti Kamran Quliyevə məxsusdur.

Roberto Bordini istefaya göndərən paytaxt təmsilçisinin rəhbəri yeni baş məşqçi axtarışına çıxdıqlarını açıqlayıb. İdman TV-də İlkin Babanın aparıcısı olduğu "Extra Time" verilişdə danışan Quliyev hazırda bu məsələylə bağlı önəmli bilgilər verib:

"Sadəcə, vaxt qıtlığı üzündən hələ reallaşmayıb və Bakıya qayıdandan sonra dərhal bu işlə məşğul olacağıq. Artıq bir neçə variant klub daxilində müzakirə olunub

İndi biz hər şeyi nəzərə almalıyıq. Məşqçinin texniki heyətə uyğunlaşması laızmdır. Onu yaxından tanımalıyıq, səviyyəsini bilməliyik. O, sıravi bir adam ola bilməz, uzaqdan tanıdığımız da. Yaxından tanıdığımız. bir yerdə işləyə biləcəyimiz bir mütəxəssis olmalıdır".

Prezident sükanı əcnəbiyə tapşırmayacaqlarını bildirib. O, konkret ad çəkməsə də, komandanı yerli mütəxəssisə tapşırmaq istədiklərinə eyham vurub:

"Əfsus ki. ölkədə seçim varsa da, hardasa kasaddır, o qədər böyük deyil. Məncə, çempionatdan əvvəl buna qərar verəcəyik. Məncə, qarşıdakı təyinat yerli mütəxəssislə bağlı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti