"Neftçi"nin legioneri 3 klubdan təklif aldı, hamısına "yox" dedi

24 Yanvar 2020 14:26 Neftçi 1 447
"Neftçi"nin legioneri 3 klubdan təklif aldı, hamısına "yox" dedi

"Neftçi"nin müdafiəçisi Donald Gerye Polşa klublarından təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə haitili futbolçu fransa mətbuatına müsahibəsində deyib. 30 yaşlı oyunçu hər üç təklifi geri çevirdiyini bildirib:

"Qarabağ"la müqaviləm başa çatdıqdan sonra mənə Polşada oynamaq təklif olundu. "Legiya", "Visla" (Plotsk) və "Lex" klublarından təklif almışdım, amma imtina etdim. Çünki avrokuboklarda oynamaq istəyirdim.

"Legiya" mərhələni keçdi. Amma "Visla" azarkeşləri bu komandanı sevmir. Bu isə məni düşünməyə vadar etdi. Rəfiqəm polşalıdır, atası Krakov "Visla"sında oynayıb. O, mənə hər şeyi izah etdi".

Digər Xəbərlər
Xəbər Lenti