İbrahim "Neftçi" ilə oyunda özünü rahat hiss etməyib

21 Yanvar 2020 18:00 Neftçi 1 076
İbrahim "Neftçi" ilə oyunda özünü rahat hiss etməyib

Kiyev "Dinamo"sunun "Rozelar"dan transfer etdiyi syerra-leone əsilli belçikalı hücumçusu İbrahim Karqbo dünən Antalyada "Neftçi" ilə keçirdikləri yoxlama oyunundan danışıb.

Sportinfo.az xəbər verir ki, vaxtı ilə ölkəmizdə "Bakı" klubunun formasını geyinmiş Karqbonun eyniadlı oğlu Ukrayna klubunun rəsmi saytına açıqlamasında bu dəfə fərqli mövqedə oynadığını bildirib:

"Bu matçda yarımmüdafiənin sağ cinahında oynadım. "Legiya" ilə görüşdə isə sol cinahda idim. Mənim əsas mövqeyim isə hücumun mərkəzidir. Orada özümü daha rahat hiss edirəm. Ancaq mən yorulmadan çalışıram və komandama xeyir vermək istəyirəm. Buna görə də hücumun istənilən nöqtəsində oynamağa hazıram".

"Neftçi" - "Dinamo" oyunu Kiyev təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Karqbo meydana start heyətdə çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!