"Neftçi"nin təhlükəli hücumlarını xatırlamıram"

21 Yanvar 2020 14:10 Neftçi 784
"Neftçi"nin təhlükəli hücumlarını xatırlamıram"

"İki erkən qol vurduq və bundan sonra sakitləşmək olardı. Topa nəzarət edib, daha ehtiyatlı oynadıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Aleksandr Andreyevski deyib. Klubun rəsmi saytına danışan 25 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə dünənki yoxlama oyunu (2:1) haqda fikirlərini bölüşüb:

"Rəqibin qapımız qarşısında təhlükəli epizodlarını xatırlaya bilmirəm. Məncə, məşqçi səhvlərimizi göstərəcək. Bəlkə də ilk hissədəki hesaba görə bir qədər arxayınlaşdıq. Pis oynamadıq. Rəqibin qoldan başqa, cəmi 1 topu dirəkdən qayıtdı".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!