“Neftçi“nin FİFA ilə qorxutduğu söyüşcül indi… - FOTOLAR

17 Yanvar 2020 09:14 Neftçi 1 573
“Neftçi“nin FİFA ilə qorxutduğu söyüşcül indi… - FOTOLAR

“Neftçi -2” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Əvəzedicilər MOİK-ə 4:0 hesabı ilə qalib gəlib.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş görüşdə qollara Dario Frederiko, Muxtar Əliyev, Elnur Süleymanov və Asim Əlizadə imza atıblar.

Toplanış çərçivəsindəki ilk sınaq matçında “Qaradağ Lökbatan”ı 3:2 hesabı ilə məğlub etmiş “Neftçi-2” yanvarın 24-ü “Qarabağ-2”, 30-u isə “Sabah-2” ilə qarşılaşacaq.

Birinci görüşdə də fərqlənmiş Dario qarşıdakı yoxlama görüşlərində də forma geyinəcək. Bu müddəitdə isə meneceri onun üçün yeni klub axtarışında olacaq.

Hər halda braziliyalının agenti ilə klub yönətimi arasında belə bir şifahi razılıq əldə edilib. Yarımmüdafiəçinin əvəzedicidə məşqə çıxması isə rəhbərliyin xəbərdarlığından sonra baş verib.

Sportinfo.az-ın məlumatına görə, məşqdə Roberto Bordini təhqir edən Darioya ikinci dəfə cərimələnəcəyi ilə bağlı mesaj gəlib.

Əsas komandadan uzaqlaşdırılandan sonra “dubl“a getmək istəməyən qalmaqallı legionerə ondan FİFA-ya şikayət məktubu göndəriləcəyi və daha sərt şəkildə cəzalanacağı elan olunub.

Digər Xəbərlər
Xəbər Lenti