Dario vurdu, "Neftçi" uddu

16 Yanvar 2020 16:43 Neftçi 877
Dario vurdu, "Neftçi" uddu

“Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, Mahmud Qurbanovun başçılıq etdiyi kollektiv MOİK-in qapısından 4 cavabsız top keçirib.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş görüşdə Dario Frederiko, Muxtar Əliyev, Elnur Süleymanov və Asim Əlizadə fərqlənib.

"Ağ-qaralar" toplanış çərçivəsindəki ilk sınaq matçında “Qaradağ Lökbatan”ı 3:2 hesabı ilə məğlub etmiş “Neftçi-2” yanvarın 24-ü “Qarabağ-2”, 30-u isə “Sabah-2” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti