"Neftçi” ilə anlaşma: Gecə həyatı olmayacaq, az pul alacaq

15 Yanvar 2020 21:55 Neftçi 1 818
"Neftçi” ilə anlaşma: Gecə həyatı olmayacaq, az pul alacaq

"Səbail"lə yollarını ayıran Mirabdulla Abbasov ötən həftədən "Neftçi"nin düşərgəsindədir.

"Səbail"lə mövsümün sonuna qədər icarə müqaviləsi olmasına baxmayaraq, buna xitam verən forvard məxsus olduğu kluba dönüb.

O, mövsümün ikinci yarısını "Neftçi”də keçirəcək və 22 nömrəli formanı geyinəcək. "Neftçi” ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində komandanın heyətində 66 oyuna çıxıb, 13 qol vurub.

Sportinfo.az-ın məlumatına görə, millinin keçmiş forvardı doğma komandasına 2 şərtlə qaytarılıb. O, gecə həyatına aludə olmayacağına söz verib.

Abbasov gündəlik həyatı barədə mütəmadi olaraq klub rəsmilərini məlumatlandıracaq. Üstəlik, "Səbail"dəkindən az məvacib alacaq. Maraq deyək ki, "dənizçilər" Mirabdullaya13 min manat ödəyirdi.

Digər Xəbərlər
Xəbər Lenti