Dario qayıtdı və...

15 Yanvar 2020 14:25 Neftçi 941
Dario qayıtdı və...

"Neftçi-2" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, əvəzedicilər “Qaradağ Lökbatan”la qarşılaşıblar. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş görüşdə “ağ-qaralar” 3:2 hesabı ilə qalib gəlib. "Ağ-qaralar" qollarını ikinci komandaya göndərilən və heyətə sonradan qoşulan Dario Frederiko, Əlibəy Məmmədli və Ülvi İbrahimov vurublar.

Qeyd edək ki, “Neftçi-2” toplanış çərçivəsində növbəti sınaq matçını sabah MOİK-ə qarşı keçirəcək. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək oyun saat 13:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!