"Neftçi"də başıpozuqluq - Bir legionerlə həmişəlik, digəri ilə...

15 Yanvar 2020 12:16 Neftçi 1 319
"Neftçi"də başıpozuqluq - Bir legionerlə həmişəlik, digəri ilə...

"Neftçi"də intizamsızlıq baş alıb gedir.

Rəhbərlik komandaya nəzarəti itirib və biz son günlər bir-birini əvəzləyən xoşagəlməz hadisələrin şahidi oluruq.

Kirill Petrov 2017-ci ildən şərəfini qoruduğu paytaxt təmsilçisini tərk edib. Ukraynalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı futbolçu Premyer Liqada mübarizə aparan "Kolos"a keçib.

Kovalyovka təmsilçisi 22 turdan sonra Ukrayna çempionatında 7-ci sırada qərarlaşıb. Bu mövsüm 17 matçda ağ-qara formanı geyinən Petrovun sözhləşməsi yayda başa çatacaqdı.

Onun ailəsində problemləri var, düzdür. Lakin Kiril yalnız bu səbəbə görə Azərbaycanı tərk etməyib. "Neftçi" rəhbərliyi ukraynalını az qala yalvara-yalvara müqaviləni ikitərəfli pozmağa razı sala bilib.

Saytımız hələ həftələr öncə Petrovun geri dönməyəcəyini yazmış, bakılı rəsmilərin konkret nəyə, hansı hadisə səbəbindən qayıtmasını açıqlamışdı. Belə oldumu? Oldu!

Roberto Bordinlə yola getməyən Dario Frederiko Bakıda qalıb, həmçinin pasportunu itirdiyi deyilən Stiven Monroz hələ komandaya qoşulmayıb. Dünən klub rəsmi saytı vasitəsilə təlim-məşq toplanışında iştirak etməyən futbolçularla bağlı gülünc açıqlama yayıb.

"Monroz sənəd probleminə görə hələ ki düşərgəyə qoşula bilməyib. Dario isə hazırlığını Bakıda - "Neftçi-2"nin heyətində davam etdirir".

Dario əvəzedici heyətin məşqlərinə qatılmır. 2021-ci ilin yayına kimi müqaviləsi olan braziliyalı nə Kamran Quliyevi sayır, nə Ceyhun Sultanovu. Məşqdə Bordini təhqir elədiyinə görə əsas komandadan uzaqlaşdırılan "sambaçı" İsrail, Qətər, Küveyt və bəzi başqa ölkələrdən təklif alıb.

"Neftçi", yəqin ki, cənubi amerikalını icarəyə verəcək. Çünki Bordin burada qaldığı müddətdə Darionu heç bir halda əfv etməyəcək - baş məşqçinin rəhbərliyə son sözü belə olub.

Monroza gəlincə, fransalının pasportunu itirməsi haqda yayılan xəbər həqiqəti gizlətmək xarakterlidir. Klubun mətbuat xidməti özlərinə yaxın jurnalistlər vasitəsilə KİV-ə yalan bilgi sızdırıb.

Ötən yay "Qəbələ"dən gələn hücumçunun problemi yalnız Bordinlə bağlı deyil. Bəli, onlar bir-birlərini sevmir, yola getmir. Monrozun bir problemi də rəsmi heyətlədir.

O, ödəmələrinin gecikməsinə görə toplanışa qatılmayıb. Başqa sözlə, pulunu istəyir və ayrılığın yollarını axtarır.

Dario kimi, Monroz da başqa klublarla əlaqə yaradıb. "Neftçi" braziliyalıdan fərqli, fransızı birdəfəlik satmağı, bu transferdən pul qazanmağı umur. Təbii ki, gələcək təkliflər arasında onlara sərf edəni olacaqsa.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı