Bordin “Neftçi”ni Antalyada “yüklədi“ - FOTOLAR

15 Yanvar 2020 10:38 Neftçi 907
Bordin “Neftçi”ni Antalyada “yüklədi“ - FOTOLAR

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirir.

Sportinfo.az xəbər verir ki, komanda Antalyanın Manavqat bölgəsində məskunlaşdığı “The Sense De Luxe” otelinin stadionunda növbəti məşqə çıxıb.

Səhər məşqində futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzunun rəhbərliyi altında fiziki yükləmələri yerinə yetirib. Daha sonra standart vəziyyətlər və qısa ötürmələr üzərində işləyiblər.

Qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran “Neftçi” bu gün saat 17:00-da Polşanın “LKS Lodz” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” yanvarın 20-si “Dinamo” (Kiyev), 24-ü isə “Desna” ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti