"Neftçi"dən ayrılıb, Ukrayna klubuna keçdi - RƏSMİ

13 Yanvar 2020 18:27 Neftçi 1 341
"Neftçi"dən ayrılıb, Ukrayna klubuna keçdi - RƏSMİ

"Neftçi"dən ayrılan Kirilo Petrovun yeni klubu müəyyənləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, ukraynalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı futbolçu Premyer Liqada mübarizə aparan "Kolos"a keçib. Hələlik müqavilə detalları barədə məlumat verilmir.

Kovalyovka təmsilçisi 22 turdan sonra Ukrayna çempionatında 7-ci sırada qərarlaşıb.

Artıq "Neftçi" də məlumatı təsdiqləyib. Klubun yaydığı açıqlamada bildirilir: "Neftçi" PFK müdafiəçi Kirilo Petrovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Ukraynalı futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq!".

Qeyd edək ki, Petrov bu mövsüm "Neftçi"nin heyətində 17 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"