“Neftçi“ni gətirin bura, özünüz də yeyin, için, kef edin!

12 Yanvar 2020 23:20 Neftçi 1 909
“Neftçi“ni gətirin bura, özünüz də yeyin, için, kef edin!

“Neftçi“ dünəndən Türkiyənin Antalya şəhərindədir. Komanda Manavqat bölgəsində yerləşən “The Sense De Luxe”da məskunlaşıb.

Qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-i “LKS Lodz” (Polşa), 20-si Ukraynadan “Dinamo” (Kiyev), 24-ü isə “Desna” ilə qarşılaşacaq.

“The Sense De Luxe” Antalyanın məşhur otellərindən sayılmır. Biz daha əvvəl məlumat vermişdik ki, “Neftçi“ buranı şəxsi münasibətlərə əsasən seçib. Belə ki, otelin icarədarı klubun idman direktoru Ceyhun Sultanovun yaxın dostudur.

Sportinfo.az-ın əldə etdiyi yeni məlumata görə, “The Sense De Luxe” qarşı tərəfə borclu qalmayıb. Komandanı onların otelində yerləşdirmələri müqabilində “Neftçi“nin 2 rəsmisinə özəl hədiyyə - bir həftəlik turistik paket verilib

Paytaxt klubunun təmsilçiləri həmin müddət ərzində yaxınlarıyla bərabər sözügedən məkanda istirahət edə bilər. Heç bir ödəniş etmədən. Bu kupona təyyarə bileti də daxildir.

Digər Xəbərlər
Xəbər Lenti