“Neftçi”nin Samana verdiyi pul - ayda 10 min dollar

11 Yanvar 2020 21:03 Neftçi 1 143
“Neftçi”nin Samana verdiyi pul - ayda 10 min dollar

Dünən “Neftçi” Saman Nariman Cahanla müqavilə imzaladığını ictimaiyyətə bəyan edib.

Açıqlamada “Neftçi”nin 28 yaşlı yarımmüdafiəçi üçün “Maşınsazi”yə nə qədər ödədiyi qeyd edilməyib. Nüfuzlu tranfermarket.us hazırda iranlı oyunçunun dəyərini 342 min dollar olaraq göstərib.

Saytda futbolçunun “Neftçi”yə məxsus olduğu və onunla 2021-ci ilə qədər müqavilə imzalanması qeyd edilib. Saman Nariman karyerası ərzində “Naft Tehran”, “Gostareş Fuad”, “Traktor”, “Persepolis” və “Peykan”da çıxış edib.

Sportinfo.az-ın məlumatına görə, Təbriz klubunun keçmiş kapitanı Azərbaycanda yüksək maaş alacaq. Samanın aylığı “Neftçi“yə 10 min dollara başa gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"