"Neftçi" futbolçusuna müqaviləni pozmağı təklif etdi

11 Yanvar 2020 22:45 Neftçi 1 277
"Neftçi" futbolçusuna müqaviləni pozmağı təklif etdi

Dario Federiko ilə yolları ayıran "Neftçi" daha bir legionerinə müqaviləni ikitərəfli şəkildə pozmağı təklif edib.

Sportinfo.az-ın məlumatına görə, "ağ-qaralar" Kiril Petrovdan bu yolla canını qurtarmaq istəyir.

Ukraynalı müdafiəçi 1 aya yaxındır ölkəsindədir. Həyat yoldaşı ağır xəstə olan futbolçu komandasının son 2 oyununu buraxmaqla yanaşı, hazırda davam edən məşqlərə də qatılmır. O, sabah Antalyaya yollanacaq qafilədə də yer almayacaq.

Petrov hələlik klub rəsmilərinin təklifinə cavab verməyib. Amma qarşı tərəf çox cəhd göstərir ki, o, müqaviləni pozsun. Üç ildir bu formanı geyinən legioner rəhbərliyi çoxdan boğaza yığıb.

Roberto Bordin israr etməsəydi, ukraynalı ilə müqavilə ötən il uzadılmayacaqdı. Həm də ki, indi onun adı xoşagəlməz işlərdə hallanır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”