"Maşın Sazi"nin direktoru danışdı: "Neftçi" bizə pul ödəyəcək"

11 Yanvar 2020 12:40 Neftçi 1 337
"Maşın Sazi"nin direktoru danışdı:

Təbrizin “Maşin Sazi” klubunun direktoru Həsən Nəsirzadə kapitanları Saman Nəriman Cahanın “Neftçi”yə keçidini şərh edib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi 28 yaşlı hücumameylli futbolçunu komandada saxlamaq istədiklərini deyib. Lakin Nərimanın Azərbaycan klubuna keçidinə razılıq vermək məcburiyyətində qalıblar, çünki yarımmüdafiəçi özü legioner həyatı yaşamaq istədiyini bildirib.

“Biz onu heyətdə saxlamaq istəyirdik. Amma Saman üçün bir də belə şansın nə zaman yaranacağını bilmədiyimiz üçün gedişinə razılıq verdik. Azərbaycan klubu futbolçunun keçidi ilə bağlı bizə pul ödəyəcək. İlkin razılıq üçün onlar klubun hesabına müəyyən məbləğ köçürdülər".

“Neftçi” Saman Nəriman Cahanla 1.5 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"