"Neftçi"nin QALMAQALLI legioneri çıxıb getdi

11 Yanvar 2020 09:00 Neftçi 1 525
"Neftçi"nin QALMAQALLI legioneri çıxıb getdi

«Neftçi»də növbəti ayrılıq baş verib. Sportinfo.az bu barədə məlumatı klubdan alıb.

Redaksiyamıza daxil olan informasiyaya görə, Rauf Əliyevdən sonra Dari Federiko da düşərgəni tərk edib. Braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Cənubi amerikalının sözləşməsi 1 il sonra başa çatacaqdı. «Sambaçı»nın istər Roberto Bordin, istərsə də rəsmilərlə münasibətləri qaydasında deyildi.

Onun 2019-cu ilin yanvarında klubdan qalmaqallı şəkildə ayrılaraq Cənubi Koreyaya yollanması və həmin vaxt bakılı rəsmilər haqda nə söyləməsi hələ də yaddan çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!