Emin Mahmudov: "Neftçi"də oynayırsansa, həmişə təzyiq altındasan"

10 Yanvar 2020 18:47 Neftçi 1 239
Emin Mahmudov: "Neftçi"də oynayırsansa, həmişə təzyiq altındasan"

"Neftçi"nin futbolçuları - kapitan Emin Mahmudov, yarımmüdafiəçi Namiq Ələsgərov və müdafiəçi Donald Gerye komandanın mövsümün ikinci hissəsinə hazırlığını və çampionluq şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, hər üç futbolçu "CBC Sport"a açıqlamasında Premyer Liqanı qalib bitirməyin mümkünsüz olmadığını bildirib.

Emin Mahmudov: "Neftçi"də oynayırsansa, həmişə təzyiq altındasan. Çünki bizdə hər zaman əsas tələb çempionluqdur. Əlbəttə, çətin olacaq. Amma vuruşacağıq".

Namiq Ələsgərov: "Kubokda məğlubiyyət bizim üçün uğursuzluq oldu. Ona görə də bütün diqqətimizi çempionata yönəldəcəyik. "Qarabağ"a çatıb, qızıl medallar uğrunda mübarizə aparmağa çalışacağıq".

Donald Gerye: "Neftçi"yə gələndə təlim-məşq toplanışı keçirməmişdim. Buna görə də mövsümün ilk yarısını o qədər də yüksək səviyyədə keçirə bilmədim. Hazırda isə formamı bərpa etmək üçün əla imkanım var. Qış fasiləsindən yararlanıb, komandama daha çox xeyir verməyə çalışacam. Üzərimizdə daha yaxşı işləsək, istədiyimiz nəticəyə nail ola bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!