Bordin "Qarabağ", Mirabdulla və mümkün transferlər haqda

10 Yanvar 2020 15:40 Neftçi 1 141
Bordin "Qarabağ", Mirabdulla və mümkün transferlər haqda

"Mövsümün sonunda qalibin kim olacağı haqda danışmaq çox tezdir. Bütün diqqətimizi təlim-məşq toplanışına yönəltmişik. Mövsümü maksimum nəticə ilə başa vurmaq üçün əlimizdən gələni etməyə çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin "CBC Sport"a açıqlamasında deyib. Çempionluq şanslarını dəyərləndirən italiyalı mütəxəssis "Qarabağ"la 6 xallıq fərqə baxmayaraq, hər şeyin mümkün olduğunu bildirib:

"Qarabağ"la 6 xallıq fərq hələ heç nə demək deyil. Ötən mövsüm göstərdi ki. hər şeyi dəyişmək mümkündür. Amma unutmaq olmaz ki, biz yalnız "Qarabağ"la mübarizə aparmırıq. Yalnız irəli baxıb, hər oyundan maksimum nəticə ilə ayrılmaq lazımdır".

Sonda isə Bordin "Səbail"lə 1 illik icarə müqaviləsini qarşılıqlı şəkildə pozub komandaya qayıdan Mirabdulla Abbasov və mümkün transferlər haqda danışıb: "Mirabdulla yüksək səviyyəli futbolçudur. Onun komandaya qayıdışına çox sevindim. Ötən mövsüm əla oyunlar keçirmişdi. Yeni transferlərin olub olmayacağı isə Türkiyədəki hazırlıqlardan sonra məlum olacaq. Yoldaşlıq oyunlarında hansısa mövqelərdə boşluqlar görsək, elə həmin mövqeyə futbolçu alacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!