Bordinin gözü "kor" oldu, Terim "göydə qapdı" - FOTO

10 Yanvar 2020 00:42 Neftçi 829
Bordinin gözü "kor" oldu, Terim "göydə qapdı" - FOTO

Türkiyə çempionu “Qalatasaray” növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, daha öncə Henri Onyekuru və Marselo Saraççini sıralarına cəlb edən İstanbul təmsilçisi bu dəfə “Əskişəhərspor”da forma geyinən Jesse Sekidikanı heyətinə qatıb.

Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb. Nigeriyalı oyunçu ilə klub arasında 4,5 illik müqavilə imzalanıb. 23 yaşlı hücumçu yeni komandasında 28 nömrəli formanı geyinəcək.

“Qalatasaray” yeni hücumçusuna bu mövsümün qalan hissəsi üçün 125 min avro ödəyəcək. Qarşıdakı illərdə isə futbolçu ilinə 250 min avro qazanacaq.

Sekidika bu mövsüm “Əskişəhərspor”da 16 oyuna çıxıb, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nigeriyalı forvard 2019-cu ilin əvvəlində “Neftçi”də də baxışda olub. Amma həmin vaxt “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin onu bəyənmədiyi üçün müqavilə imzalanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!