"Neftçi" onu yola salmaq üçün 20 min manat verib

9 Yanvar 2020 18:30 Neftçi 1 194
"Neftçi" onu yola salmaq üçün 20 min manat verib

"Neftçi" dünən Rauf Əliyevlə yollarını ayırdığını rəsmən açıqladı.

31 yaşlı hücumçunun müqaviləsi ləğv edildi. Onun "ağ-qaralar"la mövsümün sonuna qədər sözləşməsi var idi.

Əliyev ötən ilin iyununda "Qəbələ"dən "Neftçi"yə keçmişdi. O, bu mövsüm bakılıların heyətində 15 oyunda meydana çıxıb, 2 qol vurub.

Ayrılıq qərarı klub rəhbərliyinə məxsusdur. Rauf kontraktının pozulmasına razı deyildi.

Sportinfo.az-ın məlumatına görə, bakılılar onu 20 min manat qarşılığında yola gətirib. Belə ki, millinin keçmiş forvardına 2 ayın maaşı bəribaşdan ödənilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!