"Neftçi"dən getdi, yeni klubundan da qovdular

9 Yanvar 2020 14:15 Neftçi 1 216
"Neftçi"dən getdi, yeni klubundan da qovdular

Ötən ilin əvvəlində "Neftçi"yə gətirilib yayda komandadan kənarlaşdırılan Petru Rakunun "Petrolul" karyerası da uzun sürməyib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu 6 ay keçməmiş Ploieşti klubundan da uzaqlaşdırılıb.

Rumıniya klubu ilə yayda müqavilə bağlayan moldovalı müdafiəçi yeni klubunda "təmizləmə əməliyyatı"nın qurbanı olub. Rəhbərlik 10-a yaxın futbolçu ilə yolları ayırıb ki, gedənlərdən biri də Rakudur.

Mövsümün əvvəlindən zədəsini sağaltmaqla məşğul olan Raku "Petrolul"da cəmi 4 oyun keçirdi. O, "Neftçi"nin heyətində də yalnız 3 dəfə meydana çıxıb. 2010-cu ildən dəvət aldığı Moldova millisində 48 görüşdə forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti