"Neftçi" bu qış səs-küylü transfer edəcəkmi?

8 Yanvar 2020 11:47 Neftçi 1 275
"Neftçi" bu qış səs-küylü transfer edəcəkmi?

Azərbaycanda qış fasiləsi yarandığından, klublar transfer çalışmalarına start verib.

Həmişəki kimi, ilk olaraq heyətlərdə "təmizləmə işləri"nə start verilib.

Bu baxımdan, "Neftçi"də hər şey əksinədir. Bakılılar ötən günlərdə 2 futbolçusunu geri qaytarıb. Onlardan biri "Sumqayıt"dən İbrahim Əliyev, digəri "Səbail"dən Mirabdulla Abbasovdur.

Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisinin rəhbərliyi qış bazarlığına büdcə ayırmayıb. Bununla bağlı menecerlərə xəbərdarlıq olunub. "Ağ-qaralar" ən yaxşı halda çox aşağı məbləğə futbolçu alacaqlarını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti