"Neftçi"də xoşagəlməz olay – Monroz məşqdən qovuldu

13 Dekabr 2019 17:27 Neftçi 1 712
"Neftçi"də xoşagəlməz olay – Monroz məşqdən qovuldu

"Neftçi"də baş məşqçi ilə futbolçular arasında qalmaqallar bitmək bilmir. Sportinfo.az-ın məlumatına görə, Roberto Bordin bu dəfə Stiven Monrozla problem yaşayıb.

Belə ki, italyan mütəxəssisin tapşırıqlarını lazımı səviyyədə yerinə yetirməyən fransalı hücumçu hazırlıq prosesini yarımçıq tərk etməli olub.

Bordin tərəfindən məşqdən kənarlaşdırılan sabiq "Qəbələ"li bu barədə idman direktoru Ceyhun Sultanova şikayət edib.

Digər Xəbərlər
Xəbər Lenti