"Neftçi"nin idman direktoru ilə baş məşqçisi arasında MÜBAHİSƏ

12 Dekabr 2019 21:53 Neftçi 1 257
"Neftçi"nin idman direktoru ilə baş məşqçisi arasında MÜBAHİSƏ

"Neftçi"nin baş məşqçisi Roberto Bordin növbəti dəfə klub rəhbərliyini özündən çıxarıb.

Sportinfo.az-ın məlumatına görə, italiyalı mütəxəssis Ceyhun Sultanovun danlağına məruz qalıb.

Məsələ ondadır ki, Bordin son oyunlarda meydana buiraxdığı heyətlə bağlı rəhbərliklə məsləhətləşə də, sözündən qaçıb. O, idman direktorunun adını çəkdiyi futbolçulara əsas heyətdə.etimad göstərəcəyini vəd edib, sonra isə start "11-liy"ini öz bildyii kimi qurub.

Bunun üstündə Sultanovla onun arasında mübahisə yaranıb. İdman direktoru Bordinə "sən mənim üzümə gülə-gülə istədiyini edirsən. Artıq neçənci dəfədir ki, belə olur. Bizə qulaq asmasan, heç bir nəticə qazana bilməyəcəksən. Futbolçular səndən və fiziki hazırlıq üzrə köməkçindən çox narazıdır. Biz onları güclə sakitləşdiririk" deyib.

Digər Xəbərlər
Xəbər Lenti