Kamran Quliyev onlara pul tapır, "Neftçi"nin gələcəyinə yox

10 Dekabr 2019 19:40 Neftçi 1 179
Kamran Quliyev onlara pul tapır, "Neftçi"nin gələcəyinə yox

"Neftçi" bu gün Türkiyənin bir o qədər də tanınmayan şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sözləşmə 2 il müddətinə nəzərdə tutulub. Razılaşmaya əsasən, şirkət klubun əsas komandasının geyim tərəfdaşı olacaq.

Sportinfo.az-ın məlumatına görə, bu anlaşma "Neftçi" daxilində birmənalı qarşılanmayıb.

Paytaxt təmsilçisinin akademiyasında çalışan məşqçilər və işçilər, o cümlədən, futbolçuların valideynləri Kamran Quliyevdən ciddi şəkildə narazıdır. Səbəb prezidentin akademiyanın geyim təhcizatına vəsait ayırmaqdan imtina etməsidir.

Odur ki, aşağı yaş qrupları üzrə komandalara ötən ildən qalmış və artıq sıradan çıxmış forma dəstləri paylanılıb. Quliyev gənc afrikalı legionerləri kluba gətirəndən sonra büdcədə əlavə pulun qalmadığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"