"Neftçi"nin idman direktoruna yeni iş tapşırıldı

6 Dekabr 2019 21:10 Neftçi 1 530
"Neftçi"nin idman direktoruna yeni iş tapşırıldı

"Neftçi" rəhbərliyi klubun futbol akademiyasının baş koordinatoru Mik Bennetin səlahiyyətlərini azaldıb.

Sportinfo.az-ın məlumatına görə, AFFA-nın tapşırığı ilə işə götürülən britaniyalı funksioner əvəzedici heyətlə yanaşı, 19 yaşlılardan ibarət komandaya nəzarəti itirib.

Fərrux İsmayılovun çalışdırdığı kollektiv idman direktoru Ceyhun Sultanovun nəzarətinə verilib. Gənclər Liqasında çıxış edən "ağ-qaralar" cari mövsümü uğursuz keçirir.

Bakılılar 10 tur ərzində cəmi 13 xal toplaya bilib və liderlər qrupundan xeyli uzaq düşüb. 27 xal toplayan "Sabah" ilk pillədə qərarlaşıb. "Qəbələ" 25 xalla ikinci, "Səbail" 24 xalla üçüncü sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!