"Neftçi"nin futbolçusu Premyer Liqada 50-yə çatdı

3 Dekabr 2019 11:17 Neftçi 468
"Neftçi"nin futbolçusu Premyer Liqada 50-yə çatdı

Premyer Liqanın 13-cü turu “Neftçi”nin futbolçusu Soni Mustuvar üçün əlamətdar olub. Sportinfo.az xəbər verir ki, haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib.

“Səbail”lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən legioner 3 qol vurub. 2018-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyan Soni Premyer Liqada 39, Azərbaycan kubokunda 4, Avropa Liqasında 7 dəfə şans qazanıb.

O, qollarından ikisini çempionat, birini kubokda vurub.

Digər Xəbərlər
Xəbər Lenti