"Neftçi"nin legioneri: "İçimdə bir az qorxu var"

1 Dekabr 2019 19:27 Neftçi 818
"Neftçi"nin legioneri: "İçimdə bir az qorxu var"

"Neftçi"nin yarımmüdafiəçisi Dario Federiko Premyer Liqanın XIII turunda "Səbail"lə qolsuz bərabərə qaldıqları oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. Braziliyalı vinger əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Əlbəttə, gözlənilməz nəticə oldu. Bura qələbə üçün gəlmişdik. Pis də oynamadıq. Matçın sonlarına yaxın qol buraxıb məğlub da ola bilərdik. Ona görə də heç-heçə ilə razılaşmalıyıq.

- Süni örtükdə oynamaq sizə nə dərəcədə çətinlik yaratdı?

- Təbii, təsir göstərdi. Komanda təbii ot örtüyündə məşq edib, oyun keçirməyə öyrəşib. Uzun müddətdir süni meydançada məşq etmirik. İçimdə bir az qorxu var. Çünki son zədəmi məhz süni örtüklü meydançada almışdım. Buna görə narahatam. Digər tərəfədən, bu cür örtükdə top daha sürətli hərəkət edir. Bu isə çətinlik yaradır.

- "Neftçi"nin sabit oyun göstərməsi üçün nə çatışmır?

- Deməzdim ki, çatışmayan nəsə var. Çünki hər oyuna qələbə üçün çıxırıq. Bundan əvvəlki matçda böyük hesabla qalib gəlmişdik. Bu gün də 3 xala köklənmişdik. Sadəcə, yaratdığımız qol epizodlarından yararlana bilmədik.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!