"Neftçi"nin qış hazırlıq planı və ilk rəqibi müəyyənləşdi

30 Noyabr 2019 15:07 Neftçi 846
"Neftçi"nin qış hazırlıq planı və ilk rəqibi müəyyənləşdi

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 7-də Bakıda bir araya gələcək komandanın üzvləri ayın 8-dən 10-dək fiziki testlər verəcək.

Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək “ağ-qaralar” Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq.

“Neftçi” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 15-i, 20-si və 24-ü baş tutacaq. İlk rəqib Polşanın “LKS Lodz” klubu olacaq.

Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti