"Neftçi"də daha bir qvineyalı legioner - FOTO

26 Noyabr 2019 17:31 Neftçi 1 046
"Neftçi"də daha bir qvineyalı legioner - FOTO

"Neftçi” baxışa daha bir futbolçu dəvət edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, qvineyalı Nabi Silladır. 21 yaşlı Silla hücumçudur.

“Soar Akademiyası”nın (2008-2014) yetirməsi vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koyah” (2018-2019) klublarında çıxış edib.

Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Nabi U-23-ün üzvüdür. Məşqçilər korpusu bu gün məşqlərə qoşulan forvard haqda müsbət qərar versə, onunla müqavilə bağlanacaq.

Xatırladaq ki, digər qvineyalı futbolçu - 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.

Digər Xəbərlər
Xəbər Lenti