"Neftçi"nin futbolçusu vurduğu qoldan danışdı - "Uzaq küncü görüb..."

25 Noyabr 2019 13:54 Neftçi 806
"Neftçi"nin futbolçusu vurduğu qoldan danışdı -

“Neftçi”nin müdafiəçisi Ömər Buludov Premyer Liqanın XII turunda “Qəbələ” üzərində qələbədən (4:1) sonra klubun rəsmi saytına açıqlama verib. Sportinfo.az xəbər verir ki, yenidən start heyətində yer almağının sevincini gizlətməyən gənc futbolçu vurduğu qoldan da danışıb:

“Yenidən start heyətində yer aldığıma görə çox xoşbəxtəm. Məncə, ilk hissədə qol vurmağıma baxmayaraq, fasilədən sonra daha yaxşı oynadım. Uzaq küncü görüb dəqiq nişan aldım və qol sevincimi İsmayılla bölüşdüm.

Qalib gəlib yenidən ikinci pilləyə yüksəldiyimizə görə şadam. Məqsədimiz qarşıdakı oyunlarda maksimum xal toplamaqdır. İnanıram ki, daha da istəklə və əzmkarlıqla buna nail ola bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti