"Neftçi”də yeni nə var? - FOTOREPORTAJ

15 Noyabr 2019 09:23 Neftçi 861
"Neftçi”də yeni nə var? - FOTOREPORTAJ

“Neftçi” Premyer Liqanın XII turunda qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığına başlayıb. Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Keşlə” ilə oyundan sonra komanda 4 günlük istirahətə buraxılmışdı.

"Ağ-qaralar" Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Baxışda olan qvineyalı Yamussa Kamaranın da qatıldığı məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq bu gün 1 məşqlə davam edəcək.

“Neftçi” – “Qəbələ” oyunu noyabrın 24-də “Bakcell Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti