Bordin günahı futbolçularda gördü: "Məğlubiyyətə layiq idik"

9 Noyabr 2019 19:35 Neftçi 792
Bordin günahı futbolçularda gördü: "Məğlubiyyətə layiq idik"

Azərbaycan Premyerliqasının 11-ci turunun "Keşlə" - "Neftçi" oyunundan (2:1) sonra qonaqların baş məşqçisi Roberto Bordinin mətbuat konfransı keçirilib. İtaliyalı mütəxəssis günahı futbolçularda görüb:

- Mən futbolçulardan belə oyun gözləmirdim. Sanki arxayınlıq var idi. Dario Frederiko fərdi oyuna meyl etsə də, qol imkanları oldu. Hətta üçüncü qolu da buraxa bilərdik. Çünki müdafiəçilər fərdi səhvlər edirdilər. Oyunçular həftəboyu yaxşı məşq etmişdilər".

İtalyalı mütəxəssis məğlubiyyətə layiq layiq olduqlarını deyib: "Ən pis oyunumuz idi. Məğlubiyyətə layiq idik. Komandanın özünəinamı yox idi. İstədiyimiz oyunu sərgiləmədik. Komandamız öz səviyyəsindən aşağı çıxış etdi. Çox üzgünük".

İtaliyalı baş məşqçi "Keşlə"nin yaxşı çıxış etdiyini deyərək, Sezar Meza Kollini xüsusi fərqləndirib: "Komandama onu diqqətdə saxlamağı tapşırmışdım".

"Neftçi"nin çalışdırıcısı hakim Vüqar Həsənlinin idarəçiliyinə də toxunub: "Oyunda qərarlar hər iki tərəfə obyektiv olmalıdır. Tural Axundov, Baqali Daboya verilən sarı vərəqələr gec oldu. Hətta mənə də sarı vərəqə göstərdi".

Baş məşqçi bugünkü məğlubiyyətlə özlərini çətinə saldıqlarını da vurğulayıb: "Çalışıb bu məğlubiyyəti həzm etməli və növbəti oyunlara ciddi hazırlaşmalıyıq. Hələ heç nə bitməyib. Rəqiblərimizin də oyunları var. Bugünkü məğlubiyyətə başqa səbəb axtarmıram. Amma hakimlər tərəfindən obyektivlik olmalıdır. Rəqib komanda etiraz bildirəndə sarı vərəqə göstərir, Daboya qarşı kobudluğa görə susursa, mən etiraz edəndə özümə sarı vərəqə göstərirsə, bundan narazı qalmalıyam".

Digər Xəbərlər
Xəbər Lenti