"Neftçi"nin futbolçusu karaokedə DJ-lik edir

6 Noyabr 2019 16:22 Neftçi 920
"Neftçi"nin futbolçusu karaokedə DJ-lik edir

"Neftçi" rəhbərliyi Kirill Petrovu komandadan uzaqlaşdırmaq üçün əlindən gələni edir.

Müqaviləsi mövsümün sonunda bitəcək ukraynalı müdafiəçi dilinin bəlasına düşüb və idarəçilər Roberto Bordinə təzyiq göstərir ki, onu əsas heyətə daxil etməsin. Bunun üçün növbəti "əsas" da tapılıb. Sportinfo.az-ın məlumatına görə, legionerin Bakıda fəaliyyət göstərən məşhur karaokelərdən birində DJ-lik etməsi barədə klub rəsmiləri məlumat alıb.

Onlara məlum olub ki, Petrov hər həftə 2-3 dəfə dostlarıyla birgə həmin məkana yollanır və gecədən xeyli keçmişə qədər mahnı oxuyur. Bununla bağlı ukraynalıya xəbərdarlıq olunsa da, o, rəhbərliyin narazılığını qulaqardına vurub.

Digər Xəbərlər
Xəbər Lenti