"Heyf ki, "Qarabağ"a qalib gələ bilmədik" - Voyislav Stankoviç

5 Noyabr 2019 22:35 Neftçi 535
"Heyf ki, "Qarabağ"a qalib gələ bilmədik" - Voyislav Stankoviç

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç Sportinfo.az saytına müsahibə verib:

- Premyer Liqanın 10-cu turunda "Qarabağ"la qarşılaşdınız və meydanı yalnız bir xalla tərk edə etdiniz. Bir xal sizi razı saldı?
- "Qarabağ”a qarşı yaxşı oyun oynadıq. Rəqibin gücünü, necə oynadığını bilirdik. Ona görə də oyuna çox güclü hazırlaşmışdıq. Heyf ki, "Qarabağ"a qalib gələ bilmədik. Hesab edirəm ki, meydandakı oyunumuzla qalib gəlməyə layiq olduğumuzu göstərdik. Amma bu futboldur, hər zaman meydanda yaxşı oynayan qalib gəlmir.

- Həm birinci, həm də ikinci yarıda yaratdığınız qol imkanlarından niyə istifadə edə bilmədiniz?
- Bəli, qol vurmaq üçün imkanlarımız var idi. Hətta bir epizodda qol da vurduq, sadəcə, hakimlər qeydə alınmadı. Hakimlərin nəyə görə təmiz qolumuzu qeydə almamalarını, anlamadım. Hakim oyundankənar vəziyyət göstərdi.

- Çoxlarının dediyinə görə, "Qarabağ" futbolçuları “Neftçi” ilə oyunda həmin oyuna yox, Avropa Liqasının qrup mərhələsində keçirəcəyi APOEL-lə görüşə kökləndikləri hiss olunurdu. Bu haqda nə deyəcəksən?
- Bu barədə heç nə deyə bilmərəm. Biz üç xalı qazanmaq üçün oynayırdıq.

- Qarşıdakı turda “Keşlə”yə qarşı oynayacaqsınız. Məğlub olacağınız təqdirdə rəqib sizi qabaqlayıb ikinci pilləyə yüksələcək...
- Bəli, qarşıda iki həftəlik fasiləyə kimi daha bir oyunumuz var. "Keşlə" bu mövsüm fərqli futbol göstərir. Yaxşı futbolçular gəlib komandaya, yaxşı nəticələr qazanırlar. Əlbəttə ki, biz bu oyuna maksimum dərəcədə köklənəcəyik. Meydana yalnız "Keşlə"ni məğlub etmək üçün çıxacağıq. Düşünürəm ki, "Neftçi" hazırda yaxşı formadadır. Əgər biz öz oyunumuzu göstərə bilsək, "Keşlə"ni udmaq problem olmayacaq.

- "Qarabağ" sizi səkkiz xal qabaqlayır. Bu fərqi aradan qaldırmaq "Neftçi" üçün çətin görünür...
- Qarşıda hələ çox oyun var. Sona qədər mübarizə aparacağıq. Çempionluq barədə hələ bir şey deyə bilmərəm. Hazırda ikinci pillədəyik, "Qarabağ" qarşımızdadır, bizdən 8 xal öndədir. Mövsümün əvvəlində yaxşı oyun göstərə bilmədik. İndiki kimi oynaya bilmədik. Amma "Qarabağ" oyunlarını qalib başa vururdu. Ümidvaram ki, hər şeyi dəyişmək olacaq. Elə buna görə də futbol maraqlıdır.

- Son turlarda yaxşı formada olan “Neftçi” üçün iki həftəlik fasilə necə təsir göstərəcək, komanda tonusdan düşə bilər?
- İndi yaxşı formadayıq, inam gəlib komandaya. Bu cür də davam etmək lazımdır. Hər oyuna maksimum hazırlaşmaq və maksimum nəticə üçün çıxmalıyıq. Ümidvaram ki, qarşıdakı oyunda daha güclü oynayıb, qalib gələrik. Yaxşı formadayıq, amma fasilə də gəlir. Bu qrafiki dəyişə bilmərik. Fasilədən sonra 3-4 tur olacaq. Daha sonra kubokdakı püşkatmanı gözləyəcəyik. Kuboka da yaxşı oynamaq lazımdır. İki ildir ki, "Neftçi" kubokda müəyyən mərhələdən sonra çıxışını dayandırır. Fasilədə də yaxşı hazırlaşacağıq ki, ili yaxşı əhvalda başa vuraq.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti