“Neftçi“TV nə vaxt başlayır? - Klub rəsmisi açıqlayır

3 Noyabr 2019 18:56 Neftçi 1 511
“Neftçi“TV nə vaxt başlayır? - Klub rəsmisi açıqlayır

“Neftçi“TV bu ilin sonunadək fəaliyyətə başlayacaq. Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, hazırda bununla bağlı iş davam etməkdədir:

“Hər şey qrafikə uyğun getsə, istəyirik ki, dekabrın sonunda test yayımına başlayaq. Amma bu, hələ dəqiq deyil.

İnternet kanalı "Bakcell Arena"da yerləşəcək. Kollektivin rəhbəri və tərkibi haqda bu gün heç nə deyə bilmərik. İşə öz gücümüzlə başlayacağıq.

İlk mərhələdə klubumuzun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşlarının qüvvəsindən istifadə edəcəyik.

Yayını sosial şəbəkə hesablarımız və “youtube” kanalı üzərindən təşkil edəcəyik. Sadəcə, bir qədər vaxt aparan prosesdir deyə, müəyyən yubanmalar olur".

Digər Xəbərlər
Xəbər Lenti