Gerye söz atdı: "Təmiz qol vurduq, haradansa ofsaydı gördülər"

1 Noyabr 2019 23:23 Neftçi 672
Gerye söz atdı: "Təmiz qol vurduq, haradansa ofsaydı gördülər"

"Neftçi"nin müdafiəçisi Donald Gerye Premyer Liqanın X turunun "Qarabağ"la oyunundan (0:0) sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. O, əvvəlcə heç-heçəni şərh edib.

- Unutmayın ki, "Qarabağ"a qarşı oynayırdıq. Çox yaxşı komandadır, onlara hörmətlə yanaşırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Sona qədər mübarizə apardıq. Məncə, 1 xal qənaətbəxşdir.

- Bu gün qələbə qazansaydız, çempionluq yarışını qızışdıra bilərdiniz. Bunu düşünüb meydana çıxmışdız, yoxsa əvvəldən 1 xala razı idiz?

- Təbii ki, biz heç vaxt heç-heçə haqda düşünmürük. Bilirdik ki, bu gün Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağıq. Bu məqamı ağlımızda saxlayırdıq. Meydana vuruşmağa çıxmışdıq. Digər tərəfdən, 1 xal normal nəticədir. Futbolda 3 nəticə - qələbə, heç-heçə və məğlubiyyət olur. Bu gün biz heç-heçə etdik. Hər halda, uduzmadıq.

- Artıq ikinci dəfədir sabiq komandanız "Qarabağ"a qarşı oynayırsız. Bu, sizə əlavə motivasiya verirmi?

- Bir tərəfdən deyə bilərəm ki, bugünkü oyun mənim üçün xüsusi idi. Amma digər tərəfdən, digər matçlara necə köklənirəmsə, buna da o cür konsantrasiya olmuşdum. Böyük fərq yox idi. Çünki bu, mənim işimdir. Komandamın yaxşı nəticə qazanması üçün əlimdən gələni edirəm.

- Oyundan bir neçə mübahisəli məqam oldu. Xüsusilə son dəqiqələrdə Tural Axundovun epizodu narazılığınıza səbəb oldu. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Penalti olub-olmadığı ilə bağlı heç bir söz deyə bilmərəm. Çünki bu, hakimin qərarı idi. 11 metrlik cərimə zərbəsi təyin edə də bilərdi, etməyə də. Bu gün xoşuma gəlməyən başlıca epizod Monrozla bağlıdır. Təmiz qol vurmuşdu. Orada heç bir ofsayddan söhbət gedə bilməz. Amma haradansa ofsaydı gördülər.

- "Neftçi" son 5 oyunun 4 də qələbə qazanıb, 1-də isə heç-heçə edib. Halbuki mövsümə uğursuz başlamışdız. Birdən birə nə dəyişdi?

- Düzdür, startımız uğurlu deyildi. Ardıcıl xallar itirdik. Sonradan hər oyuna final kimi hazırlaşmağa başladıq. Düşünürəm ki, əsas dəyişiklik bununla bağlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"