"Neftçi" 51 manatdan 1 manata "düşdü"

30 Oktyabr 2019 18:33 Neftçi 804
"Neftçi" 51 manatdan 1 manata "düşdü"

Azərbaycan Premyer Liqasında X tura noyabrın 1-də start veriləcək. Turun ilk oyunu Azərbaycan derbisi olacaq. "Neftçi" İnqilab Məmmədovun baş hakim olacağı matçda "Qarabağ"ı sınağa çəkəcək.

Paytaxt klubu bu dəfə süni qiymət artımına getməyəcək ki? Çünki "ağ-qaralar"ın ötən mövsümün sonunda etdiyi "sürpriz" hələ də yaddaşlardadır.

Bakılılar əhəmiyyətini itirmiş oyunda "Qarabağ" azarkeşləri üçün biletin qiymətini 1 manatdan 51 manata qaldırdı. Belədə Ağdam təmsilçisi öz futbolçularının hesabına 750 bilet alıb, tərəfdarlarının "Bakcell Arena"ya gəlişini təmin elədi.

"Neftçi"nin mətbuat xidmətinin rəisi Rüstəm Allahverdiyevin Sportinfo.az-a verdiyi məlumata görə, növbəti derbidə qiymət artımı olmayacaq: "Biletlərin qiyməti 1-5 manat arasındadır.

Keçən dəfə rəhbərliyimiz elə qərar vermişdi, oyuna biznes nöqteyi-nəzərindən yanaşmışdı. İndi də qiyməti 1-5 manat olaraq saxlamaq zəruri sayıldı. Bu oyunla bağlı bəzi yeni layihələrimiz var və çalışacağıq ki, onları həyata keçirək.

Sosial yönümlü bir layihəni qeyd edərdim. Hələlik məğzini açıqlamaq istəmirik. Amma deyə bilərik ki, bu, azarkeşlərimiz üçün maraqlı yenilik olacaq".

Digər Xəbərlər
Xəbər Lenti