"Fənər" "Neftçi"nin sabiq müdafiəçisini istəyir

30 Oktyabr 2019 14:31 Neftçi 1 005
"Fənər" "Neftçi"nin sabiq müdafiəçisini istəyir

"Fənərbağça" "Neftçi"nin sabiq yarımmüdafiəçisi Dario Melnyakı transfer etmək istəyir. Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu "Çaykur Rizespor"un futbolçusunu qışda heyətinə qatmaq niyyətindədir.

Xorvatiya milli komandasının 26 yaşlı üzvünün "Çaykur Rİzespor"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Rizelilər futbolçu ilə müqaviləni yeniləmək istəsələr də, yaxşı təklif gələrsə, "yox" deməyəcəklər.

Almaniya və Belçika klubları da Melnyakın xidmətində maraqlıdır. Ərsun Yanalın heyətdə görmək istədiyi yarımmüdafiəçi hələ ki, "Çaykur Rizespor"a qalıb-qalmayacağı ilə bağlı konkret cavab verməyib.

Xatırladaq ki, Melnyak 2016-cı ildə "Neftçi"də icarə əsasında 10 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti