"Neftçi”nin futbolçusundan “Qarabağ”ı qıcıqlandıracaq - FOTO

28 Oktyabr 2019 17:30 Neftçi 1 273
"Neftçi”nin futbolçusundan “Qarabağ”ı qıcıqlandıracaq - FOTO

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev “Qarabağ”ın “bostanına daş atıb”.

Sportinfo.az xəbər verir ki, həftəsonu Ağdam klubu ilə keçirəcəkləri oyunun anonsunu verən futbolçu bunu “İnstagram” hesabında paylaşdığı qıcıqlandırıcı foto ilə edib.

Belə ki, “Hekayə” bölməsinə atın üzərində çəkilmiş karikaturasını yerləşdirən Rəhman bununla ləqəbi “köhlən atlar” olan “Qarabağ”a söz atıb.

Onun bu hərəkəti rəqib komandanın azarkeşlərinin xoşuna gəlməyib və fotonun altında futbolçunun ünvanına kifayət qədər sərt ifadələr yazılıb. Bundan sonra o, fotonu silməyə məcbur olub.

“Neftçi” – “Qarabağ” oyunu noyabrın 1-də “Bakcell Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti