"Özümüzə gəlmək üçün vaxt lazım idi" - Emin Mahmudov

27 Oktyabr 2019 20:17 Neftçi 552
"Özümüzə gəlmək üçün vaxt lazım idi" - Emin Mahmudov

"Neftçi"nin kapitanı Emin Mahmudov Premyr Liqanın IX turunun "Sumqayıt"la oyunundan (4:2) sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. Təcrübəli yarımmüdafiəçi əvvəlcə qələbəni şərh edib.

- Çətin olacağını bilirdik. "Sumqayıt" bizə hər zaman yaxşı oyun keçirir, inamla müdafiə olunur. Bu gün topla daha yaxşı oynadılar. Buna görə də taktikamızı bir qədər dəyişdik. Oyunumuz yaxşı alındı.

- Deyəsən, "Neftçi" yavaş-yavaş öz oyununu tapır...

- Avropa Liqasından sonra toparlanmaq, özümüzə gəlmək üçün bizə vaxt lazım idi. Şükürlər olsun, yavaş-yavaş qələbələr gəlir.

- Ümumiyyətlə, özünüz üçün anliz etmisiz ki, ilk turlarda niyə belə uğursuzluq oldu?

- Tez-tez komanda daxilində bu barədə söhbətlər geirdi. İlk iki turda qələbə qazana bilmədik. Bundan sonra psixoloji baxımdan eniş yaşandı. Hər şey buna görə baş verdi.

Digər Xəbərlər
Xəbər Lenti