Bordin: "Bu, futbolçuların əziyyətinin bəhrəsidir"

27 Oktyabr 2019 19:55 Neftçi 635
Bordin: "Bu, futbolçuların əziyyətinin bəhrəsidir"

Azərbaycan Premyer Liqasında IX turun “Sumqayıt” – “Neftçi” (2:4) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı. Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

- Komandamı təbrik edirəm. Gözəl oyun göstərdik. Baxmayaraq ki, penalti qolu ilə hesabda geri düşdük, futbolçular vaxtında və düzgün reaksiya verdi. Sona qədər dominant tərəf idik. Layiqli qələbə qazandıq.

- Demək olarmı ki, artıq meydanda istədiyiniz “Neftçi”ni görürsüz?
- Bir period var idi ki, komanda özünə bənzəmirdi. Ardıcıl 4 qələbə qazandıq. Bu futbolçuların əziyyətinin bəhrəsidi. Biz yalnız tapşırıqları veririk, icra edən oyunçulardı. Oyundan oyuna daha yaxşı çıxış edirik.

Digər Xəbərlər
Xəbər Lenti