Mikayıl İsmayılovun tələbi ilə - "Neftçi"də növbəti təftiş

27 Oktyabr 2019 11:30 Neftçi 1 258
Mikayıl İsmayılovun tələbi ilə -

"Neftçi"nin prezidenti Kamran Quliyevin başı üzərində toplaşan qara buludlar dağılmır. Əksinə, o, hər keçən gün bir qədər də küncə sıxışdırılır, təhdid olunur.

Onun gəlişindən keçən 2 ilə yaxın müddət ərzində klubun fəaliyyətində müsbət dönüş olsa da, görünür, bu, SOCAR rəsmilərini qane eləmir.

Sportinfo.az-ın məlumatına görə, neft şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun göstərişi ilə komandanın legioner futbolçularıyla bank hesablaşmaları yoxlanılmağa başlanıb.

İsmayılov sənədlərdə göstərilən rəqəmlərin həmin hesablara köçürülməsini araşdırır. Quliyevin bununla bağlı bir neçə dəfə SOCAR-a çağırıldığı və sorğu-sual olunduğu söylənilir.

Klubun həmtəsisçisi bu yay transfer edilən əcnəbi oyunçuların müqavilələrinin daha çox araşdırır. Onda Jozef Monroz, Voislav Stankoviç, Donald Gerye kimi düşərgəyə yeni qoşulan legionerlərə şişirdilmiş məbləğlərin ödənilməsi qənaəti yaranıb

Daha əvvəl xəbər vermişdik ki, Mikayıl İsmayılov son ilyarımda transferlərə xərclənən maliyyənin hesabatının hazırlanmasını tələb edib.

SOCAR-ın vitse-prezidenti Roberto Bordinin Müşahidə Şurasının üzvləri vasitəsilə ona etdiyi şikayətdən sonra bu göstərişi verib. Baş məşqçi klub rəsmilərinin ona rahat çalışmaq imkan vermədiyini, hər işinə qarışdığını və seleksiya məsələsində söz sahibi olmadığını deyib.

İtalyalı mütəxəssis xüsusilə qeyd edib ki, yayda transfer olunan futbolçular barədə onun rəyi nəzərə alınmayıb. Bordin transferini istədiyi legionerlərin müxtəlif bəhanələrlə Azərbaycana gətirilmədiyini söyləyib.

Onun sözlərinə görə, Kamran Quliyev idman direktorunun diqtəsiylə oturub-durur və prezident olaraq öz səlahiyyətlərindən istifadə edə bilmir. Baş məşqçinin fikirləri Mikayıl İsmayılovda yaranmış şübhələri bir qədər də artrıb.

Təsisçi müxtəlif kanallarla dəqiqləşdirib ki, rəsmilər yalnız özlərinə yaxın menecer qrupu ilə çalışır, başqa heç kimi yaxına buraxmır. Hətta AFFA-nın tövsiyə etdiyi agentlər də qapı arxasında saxlanılır. Neft şirkətinin "Neftçi" üzrə bir nömrəli şəxsi daha bir kələfin ucunu tapmağa çalışır.

O, bu ilin qışında və yayında komandadan ayrılan legionerlərin menecerlərinin Bakıya dəvət olunmasını və klub nümayəndələri ilə üzləşdirilməsini tapşırıb. Buna səbəb isə Slavko Braliç və Qoran Paratskiyə yaxın agentlərin "Neftçi"nin idarəçiləri barədə SOCAR-a ötürdüyü informasiyalardır.

Digər Xəbərlər
Xəbər Lenti