"Qarabağ"a qarşı oynamağı sevirdim, klassika idi" - İqnasio Errera

22 Oktyabr 2019 22:15 Neftçi 767
"Qarabağ"a qarşı oynamağı sevirdim, klassika idi" - İqnasio Errera

Çilinin "Palestino" klubunun yarımmüdafiəçisi İqnasio Errera Sportinfo.az-a müsahibə verib. 2017/2018 mövsümündə "Neftçi"də oynamış çilili Azərbaycan çempionatını hazırda da izlədiyini bildirib.

- "Palestino”da işlərin necə gedir?
- Pis getmir. Amma düzü, son vaxtlar çox da oynamıram. Komandamız həqiqətən güclüdür. Çili yığmasının iki futbolçusu da bizim komandada oynayır. Çempionatda vəziyyətimiz yaxşıdır, üçüncü pillədəyik.

- Azərbaycan çempionatını izləyirsən, yoxsa sənin üçün maraqsızdır?
- Əlbəttə ki, Azərbaycan çempionatını indi özündə də izləyirəm. Mənə maraqlı gəlir.

- Hazırda “Neftçi” turnir cədvəlinin ikinci pilləsindədir. Necə düşünürsən, sabiq komandan nəyə görə son illərdə çempion ola bilmir?
- “Neftçi”nin güclü komanda olduğunu düşünürəm. Baş məşqçi Roberto Bordin də yaxşı məşqçidir. Mən hər zaman “Neftçi” üçün ən yaxşısını istəyirəm. Onlar buna layiqdir.

- “Qarabağ” son altı ilin çempionudur. Onlarla mübarizə aparmaq çox çətindir?
- “Qarabağ” güclü olmağına güclü komandadır. “Qarabağ” nə istədiyini bilən, struktura malik olan komandadır. Qurban Qurbanov kimi də baş məşqçiləri var. Yaxşı da futbolçuları var. Elə Dani Kintananı misal çəkə bilərəm.

- Azərbaycandan ayrıldıqdan sonra adın klublarımızın bir neçəsilə yanaşı çəkilirdi. Geri dönmək ehtimalın var idi ?
- Xeyr, Azərbaycan klublarından təklifim yoxdur. Amma Azərbaycana qayıtmağı çox istəyərdim. Çünki Bakı mənim evim kimidir.

- "Neftçi”dəki çıxışını necə xatırlayırsan?
- "Neftçi” mənim ürəyimin bir parçasıdır. Orada iki möhtəşəm il keçirdim. Sən seviləndə və hörmət görəndə hər zaman hər şey əla olur. Klubda da dostlarım qalıb, onlara hər şeyə görə minnətdaram. “Qarabağ”a qarşı oynamağı sevirdim. Bu mənim üçün klassika idi. Qolları və bir çox gözəl anları xatırlayıram. Onlardan hansınısa seçə bilmərəm, hamısı mənim üçün xoşdur.

- "Neftçi” son üç turdur ki, qalib gəlir. Amma bu tura kimi azarkeşlər hər oyunda həm rəhbərliyi, həm də Roberto Bordini istefaya səsləyirdi. Bu məsələ barədə fikrin necədir?
- "Neftçi” tarixi olan xalq komandasıdır. Buna görə də hər zaman böyük klub olmağa davam edəcək. Ümid edirəm ki, “Neftçi”də hər şey hər zaman yaxşı olacaq. Fanatlar da buna layiqdir.

- "Neftçi”də baş məşqçin olan Tərlan Əhmədov hazırda “Keşlə”ni çalışdırır. Səni “Keşlə”yə dəvət etməyib ki?
- Tərlan əla liderdir. Onunla işləmək çox xoşuma gəlirdi. Ondan çox şey öyrənmişəm, buna görə də Tərlan Əhmədova təşəkkür edirəm. Onun işini bəyənirəm, ümid edirəm ki, yenidən onu görəcəm. Amma “Keşlə”dən heç bir təklifim yoxdur.

Mir Bağır

Digər Xəbərlər
Xəbər Lenti